Kripto araşdırmaçısı “ZachXBT”, “KelpDAO” protokolundan 280 milyon dollar dəyərində aktivin qanunsuz yollarla çıxarıldığını aşkar edib.
LivePress Media News.Bitcoin-ə istinadən xəbər verir ki, bu kiberhücum Ethereum əsaslı kredit bazarlarında ciddi gərginliyə və vəsait itkisinə yol açıb.
Hakerlərin platformadakı texniki boşluqdan yararlanaraq minlərlə istifadəçinin vəsaitini oğurladığı bildirilir. Hadisənin miqyası nəzərə alınaraq bir çox DeFi platforması müvəqqəti olaraq əməliyyatları dondurmaq məcburiyyətində qalıb. Hazırda vəsaitlərin dondurulması və oğru hakerlərin kimliyinin müəyyən edilməsi istiqamətində beynəlxalq araşdırmalar aparılır.