Honq-Konq sakini süni intellektlə hazırlanmış saxta görüntülərə inanaraq kriptovalyuta fırıldaqçılarına 982 min dollar ödəyib.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, cinayətkarlar tanınmış simaların videosunu saxtalaşdıraraq qurbanı “zəmanətli qazanc” vədi ilə aldadıblar.
Polis bu insidentin şəhərdə geniş vüsat alan texnoloji fırıldaqçılığın ən ağır nümunələrindən biri olduğunu bildirib. Hazırda oğurlanan vəsaitlərin xaricdəki birjalara köçürüldüyü ehtimal edilir. Analitiklər süni intellekt dövründə investisiya təhlükəsizliyinin qorunması üçün yeni nəzarət mexanizmlərinin vacibliyini qeyd edirlər.