LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Daniil Fomin karyerasını Fransa çempionatında davam etdirə bilər. 26 yaşlı rusiyalı futbolçu ilə “Lion” maraqlanmağa başlayıb.
“Sport Ekspress”in məlumatına görə, klublar mümkün transferlə bağlı danışıqlar aparır. Fransızlar futbolçu üçün səkkiz milyon avro və bonuslar ödəməyə hazırdır.
Daniil 2020-ci ilin yayından “ağ-göylər”də oynayır. Yarımmüdafiəçi ötən mövsüm 38 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fominin Moskva “Dinamo”su ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.