NBA-nın “play-in” mərhələsində “Charlotte Hornets” öz meydanında “Miami Heat”i 127–126 hesabı ilə məğlub edərək rəqibini pley-off yarışından kənarda qoyub.
LivePress Media “The Japan Times”ın məlumatına istinadən xəbər verir ki, gərgin keçən qarşılaşmanın taleyini son saniyələrdə LaMelo Ballın dəqiq atışı həll edib.
Oyunu 30 xalla tamamlayan Ball qələbədə əsas rol oynasa da, “Heat”in ulduzu Bam Adebayonun zədələnməsi ilə nəticələnən mübahisəli epizodla da diqqət çəkib. Miles Bridgesin son saniyə bloku “Hornets”in on ildən sonra ilk ev pley-off qələbəsini təmin edib. Bu nəticə ilə “Hornets” mübarizəni davam etdirir, Mayami təmsilçisi üçün isə mövsüm başa çatıb.