Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür.
  • Ölkə

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür.

Jurnalist 15/04/2026 5 minutes read
Zerife_Aliyeva

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdən biridir. Onun həyat və fəaliyyəti elmə, insanlara xidmətin parlaq nümunəsidir. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizədə Zərifə Əliyevanın rolu əvəzsiz olmuşdur. Traxoma infeksion xəstəliyi gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan xəstəlikdir. Zərifə Əliyeva xəstəliyin daha çox yayıldığı bölgələrdə müalicə və profilaktik tədbirlər təşkil etmiş, həkimlər üçün maarifləndirici çıxışlar etmişdir. Onun hazırladığı müalicə üsulu bütün respublikada tətbiq olunmuş və nəticədə traxoma xəstəliyi demək olar ki, aradan qaldırılmışdır. Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparmışdır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. 1960-cı ildə “Traxomanın sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 1983-cü ildə professor vəzifəsinə yüksəlmişdir. Onun elmi tədqiqatları yalnız traxoma ilə məhdudlaşmamış, qlaukoma, virus mənşəli göz xəstəlikləri və peşə patologiyaları kimi sahələri də əhatə etmişdir. Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəliyi” kimi əsərləri bu gün də həkimlər üçün mühüm mənbədir.1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsindəki xidmətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.Zərifə xanım yalnız alim deyil, həm də pedaqoq və ictimai xadim idi. O gənc həkimlərin yetişdirilməsində mühüm rol oynamış, səhiyyə sahəsində kadr hazırlığına böyük töhfə vermişdir. Onun “Yüksək etimad” kitabı həkim etikası baxımından dəyərli əsərlərdən sayılır. Zərifə Əliyeva sadəliyi, xeyirxahlığı və insanlara olan diqqəti ilə seçilən bir ziyalı idi. O, Azərbaycan mədəni mühitinin görkəmli nümayəndələri ilə sıx əlaqədə olmuşdur. Həyat yoldaşı, Ümummilli Lider Heydər Əliyev onun haqqında yüksək fikirlər söyləmiş, onun ailə və dövlət həyatındakı rolunu xüsusi vurğulamışdır. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun adı bu gün də yaşayır: Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi fəaliyyət göstərir. 2023-cü ildə 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Akademik Zərifə Əliyevanın həyatı elmə, insanlara və cəmiyyətə xidmətin nümunəsidir. Onun zəngin elmi irsi və humanist fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynamış və gələcək nəsillər üçün örnək olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

Jurnalist

See author's posts

Post navigation

Previous: ABŞ-da peyvəndləmənin azalması 7,8 milyard dollar zərərə səbəb ola bilər.
Next: “Hornets” dramatik oyunda “Heat”i turnirdən kənarlaşdırdı.

Related Stories

1
  • Ölkə

Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

LIVE PRESS 08/04/2026
dun
  • Ölkə

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik.

LIVE PRESS 07/04/2026
soy
  • Ölkə

Xalqımıza qarşı törədilmiş qanlı faciə.

LIVE PRESS 31/03/2026
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Fransa kripto hücumların qarşısını almaq üçün tədbirləri sərtləşdirir.
  • Texas sakini 20 milyon dollarlıq kripto fırıldağına görə 23 il həbs edildi.
  • Kalshi proqnoz bazarlarında “valideynlər üçün portal” yaradacaq.
  • Süni intellekt inqilabı Hindistanın texnologiya məzunlarını təhlükəyə atır.
  • Kripto fırıldaqçıları yaşlıları hədəf alır: İtkilər 59% artıb.

REKLAM

No comments to show.

Trend XƏBƏRLƏR

Fransa kripto hücumların qarşısını almaq üçün tədbirləri sərtləşdirir. fkri 1
  • İqtisadiyyat

Fransa kripto hücumların qarşısını almaq üçün tədbirləri sərtləşdirir.

17/04/2026
Texas sakini 20 milyon dollarlıq kripto fırıldağına görə 23 il həbs edildi. pooli 2
  • İqtisadiyyat

Texas sakini 20 milyon dollarlıq kripto fırıldağına görə 23 il həbs edildi.

17/04/2026
Kalshi proqnoz bazarlarında “valideynlər üçün portal” yaradacaq. kalshhu 3
  • İqtisadiyyat

Kalshi proqnoz bazarlarında “valideynlər üçün portal” yaradacaq.

17/04/2026
Süni intellekt inqilabı Hindistanın texnologiya məzunlarını təhlükəyə atır. hinnd 4
  • Texnologiya

Süni intellekt inqilabı Hindistanın texnologiya məzunlarını təhlükəyə atır.

16/04/2026
Kripto fırıldaqçıları yaşlıları hədəf alır: İtkilər 59% artıb. kuty 5
  • Texnologiya

Kripto fırıldaqçıları yaşlıları hədəf alır: İtkilər 59% artıb.

16/04/2026

Bir daha bax

fkri
  • İqtisadiyyat

Fransa kripto hücumların qarşısını almaq üçün tədbirləri sərtləşdirir.

Jurnalist 17/04/2026
pooli
  • İqtisadiyyat

Texas sakini 20 milyon dollarlıq kripto fırıldağına görə 23 il həbs edildi.

Jurnalist 17/04/2026
kalshhu
  • İqtisadiyyat

Kalshi proqnoz bazarlarında “valideynlər üçün portal” yaradacaq.

Jurnalist 17/04/2026
hinnd
  • Texnologiya

Süni intellekt inqilabı Hindistanın texnologiya məzunlarını təhlükəyə atır.

Jurnalist 16/04/2026

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kateqoriyalar

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Fransa kripto hücumların qarşısını almaq üçün tədbirləri sərtləşdirir.
  • Texas sakini 20 milyon dollarlıq kripto fırıldağına görə 23 il həbs edildi.
  • Kalshi proqnoz bazarlarında “valideynlər üçün portal” yaradacaq.
  • Süni intellekt inqilabı Hindistanın texnologiya məzunlarını təhlükəyə atır.
  • Kripto fırıldaqçıları yaşlıları hədəf alır: İtkilər 59% artıb.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.