LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki , Rusiyalı tennisçi Anastasiya Potapova ərə gedib. Onun seçdiyi tennisçi Aleksandr Şevçenko olub.
Toy mərasimi Sankt-Peterburqun qeydiyyat idarələrindən birində baş tutub. Sentyabr ayında cütlük nişanlandıqlarını elan etdilər.
Qışın ilk günündə 22 yaşlı Anastasiya Potapova və onun həmyaşıdı Aleksandr Şevçenko nikah bağladılar. İdmançılar həyatlarında baş verən bu sevincli hadisə haqqında gəlinin Telegram kanalında məlumat veriblər.
Anastasiya Potapova WTA reytinqində 28-ci yerdədir. Onun əri dünyanın 49-cu nömrəsidir.