LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki , Pakistanın şimalında, Çilas şəhərində naməlum şəxslər avtobusa hücum edib.
Nəticədə 9 nəfər həlak olub, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rəsmilər artıq hücumu terrorçu adlandırıblar .
Sərnişinləri olan avtobus adi marşrutu ilə hərəkət edərkən atəşə tutulub və daha sonra yoldan keçən yük maşını ilə toqquşub. Yük maşınının sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda ölənlərin cəsədlərinin şəxsiyyəti müəyyənləşdirilir.
RİA Novosti xəbər verir ki, hücumu araşdıracaq xüsusi qrup yaradılıb .
Son zamanlar Pakistanda, xüsusilə Xayber-Paxtunxva və Bəlucistan əyalətlərində terrorçuların fəallığı artıb.