Məşhur vençur fondu “Andreessen Horowitz”, mühasibat əməliyyatlarını avtomatlaşdıran “Rillet” süni intellekt startapına sərmayə qoyub.
LivePress Media Bloombergə istinadən xəbər verir ki, bu investisiya maliyyə hesabatlılığı sahəsində köklü dəyişikliklərə yol açacaq texnologiyaların inkişafına yönəldilib.
“Rillet”in təqdim etdiyi süni intellekt alətləri müəssisələrə maliyyə məlumatlarını saniyələr ərzində emal etmək və xətaları minimuma endirmək imkanı verir. Analitiklər bu addımı “a16z”-nin süni intellekt sektorundakı dominantlığını qorumaq cəhdi kimi xarakterizə edirlər. Hazırda platformanın böyük müəssisələr üçün daha mürəkkəb funksiyalar hazırladığı bildirilir.