LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Super Liqanın 3-cü həftəsində Fatih Karagümrük – Ankaragücü matçı 1-1 bərabərə bitdi.
Esenyurtda oynanan qarşılaşmanın ilk yarısını Fatih Karagümrük Necmi Kadıoğlu , 44-cü dəqiqədə Marcus Rohdenin vurduğu qolla 1-0 öndə tamamladı. Ankaragücü 57-ci dəqiqədə Efkan Bəkiroğlunun qolu ilə hesabı bərabərləşdirib.
Qalan hissədə qarşılıqlı hücumlara baxmayaraq, daha qol vurulmayıb və mübarizə 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra Fatih Karagümrük 4, hələ qalib gəlməyən Ankaragücü isə 2 xala yüksəlib. Superliqanın 4-cü həftəsində Fatih Karagümrük səfərdə “Çaykur Rizəspor”la, “Ankaragücü” isə “Fənərbaxça”nı qəbul edəcək.