LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Superliqa komandalarından olan Ankaragücü Rapid Wienin gənc yarımmüdafiəçisi Enes Tepeçiki heyətinə cəlb edib.
Ankaragücü Rapid Wienin ikinci komandasında çıxış edən türk əsilli avstriyalı yarımmüdafiəçi Enes Tepeciklə anlaşıb. On nömrədə çalışan 19 yaşlı Enes Tepecikin gün ərzində səhhətini yoxlaması və Ankaragücü ilə rəsmi müqavilə imzalaması gözlənilir.
Enes Tepecik ötən mövsüm 2-ci Liqada Rapid Wien-in ikinci komandası ilə 37 oyun keçirib və 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.