“BNB Chain” ekosistemi rəqəmsal aktiv sahiblərinin sayına görə rekord qıraraq 322,2 milyon aktiv cüzdan ünvanı ilə qlobal liderliyə yüksəlib.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, şəbəkə bu göstərici ilə 305,4 milyon istifadəçisi olan Ethereumu və 167 milyonluq Solana-nı geridə qoymağı bacarıb. Analitiklər bu kütləvi artımı “Binance”ın geniş istifadəçi bazası və şəbəkə daxilindəki aşağı tranzaksiya rüsumları ilə əlaqələndirirlər. Siyahıda sonrakı yerləri Tron və TON şəbəkələri bölüşdürür. Bu uğur xüsusilə inkişaf etməkdə olan bazarlarda blokçeyn texnologiyasının sürətli qəbulunun göstəricisidir. Hazırda şəbəkə həm də süni intellekt layihələri üçün yeni infrastruktur imkanları ilə genişlənir.