Süni intellekt çipləri istehsalçısı “Cerebras Systems”, ABŞ-da kütləvi səhm satışına başlamaq üçün müraciətini yeniləyib.
LivePress Media Bloombergə istinadən xəbər verir ki, şirkət 2025-ci ildə gəlirlərini 76% artıraraq 510 milyon dollara çatdırıb və mənfəətə çıxıb.
“Nvidia”nın əsas rəqibi kimi tanınan şirkət, “CBRS” kodu ilə Nasdaq-da ticarət olunmağı planlaşdırır. Nəhəng çip texnologiyası ilə tanınan “Cerebras”, bu addımı ilə süni intellekt bazarında payını genişləndirməyi hədəfləyir. Ekspertlər bu IPO-nu ilin ən mühüm texnoloji hadisələrindən biri hesab edirlər.