Mərkəzləşdirilməmiş maliyyə (DeFi) sektorunda kiberhücumların artması fonunda mütəxəssislər risklərin idarə edilməsi üçün “tranching” (təbəqələşmə) modelini təklif edirlər.
LivePress Media BeInCryptonun məlumatına istinadən xəbər verir ki, bu sistem investisiyaları risk dərəcəsinə görə bölərək haker hücumları zamanı itkiləri minimuma endirməyi hədəfləyir. Yeni metod həm institusional investorlar üçün təhlükəsizlik baryeri yaradır, həm də mürəkkəb ağıllı müqavilə zəifliklərinin qarşısını alır. Hazırda iri DeFi protokolları təhlükəsizlik auditlərini bu yeni standartlara uyğunlaşdırmağa başlayıb. Bu texnoloji yenilik kripto bazarında sistemli risklərin azaldılması üçün mühüm addım hesab olunur.