Telegramın qurucusu Pavel Durov, messencerlərdəki bildirişlərin (push notifications) istifadəçi gizliliyi üçün ciddi “hücum sahəsi” yaratdığı barədə xəbərdarlıq edib.
LivePress Media Cointelegraphın məlumatına istinadən xəbər verir ki, Durov bu açıqlamanı FBI-ın “Signal” tətbiqindən silinmiş mesajları bildiriş qeydləri vasitəsilə əldə etməsinə reaksiya olaraq verib. O qeyd edib ki, mesajlar şifrələnsə də, iOS və Android sistemləri bu bildirişləri keş yaddaşında saxladığı üçün məlumatlar cihazdan çıxarıla bilir. Hətta bildiriş önizləməsinin söndürülməsi belə tam təhlükəsizlik təmin etmir, çünki qarşı tərəfin tənzimləmələri məlum deyil. Bu boşluq uçdan-uca şifrələmənin effektivliyini sual altına qoyaraq hüquq-mühafizə orqanlarına alternativ giriş imkanı yaradır. Ekspertlər rəqəmsal təhlükəsizlik üçün mərkəzsiz xəbərləşmə sistemlərinin önəmini vurğulayırlar.