LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki , Şotlandiyanın Edinburq şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 84 yaşlı kişi ölüb.
Partlayış o qədər güclü olub ki, bir neçə kilometr uzaqdan eşidilib. Bina tamamilə dağılıb.
Şotlandiya polisi şənbə günü bildirib ki, 54 yaşlı kişi və 43 yaşlı qadın xəstəxanaya aparılıb. Həkimlər hələlik onların vəziyyəti barədə danışmayıblar. Qonşu evlərin sakinləri təxliyə edilib, qəza yerinə gedən yollar bağlanıb.
RİA Novosti yazır ki, polis mərhumun “şübhəli fəaliyyəti” barədə məlumatı yoxdur . Bundan əvvəl Sky News xəbər vermişdi ki, partlayışın əsas versiyası qaz sızması olub.