Efirium Fondunun strateji araşdırmalar üzrə rəhbəri Coş Stark, uzunmüddətli fəaliyyətdən sonra təşkilatdan ayrıldığını elan edib.
LivePress Media CoinTelegraphın məlumatına istinadən xəbər verir ki, Stark bundan sonra fəaliyyətini blokçeyn sahəsində müstəqil layihələrə və rəqəmsal azadlıq mövzularına həsr etməyi planlaşdırır.
Fondda çalışdığı müddətdə mərkəzsizləşdirmə və şəbəkə hesabatlarının hazırlanmasında mühüm rol oynayan Stark, gedişinin daxili struktur dəyişiklikləri ilə bağlı olduğunu qeyd edib. Ekspertlər bu ayrılığın ekosistemdə intellektual liderlik boşluğu yarada biləcəyini ehtimal edirlər. Hazırda Efirium icması bu kadr dəyişikliyinin Fondun gələcək strategiyasına təsirlərini müzakirə edir.