Srinaqar hava limanında iki ABŞ vətəndaşı qadağan olunmuş peyk rabitə cihazı daşıdıqları üçün saxlanılıb.
LivePress Media “The Times of India”ya istinadən xəbər verir ki, yoxlama zamanı aşkar edilən cihaz Hindistan qanunlarına görə qanunsuz hesab olunur.
Təhlükəsizlik qüvvələri faktla bağlı araşdırmalara başlayıb və cihaz müsadirə edilib. Bölgədə peyk telefonlarının istifadəsinin ciddi məhdudlaşdırılması xarici turistlər üçün tez-tez hüquqi problemlər yaradır. Hazırda saxlanılan şəxslərin ifadələri alınır və diplomatik kanallarla əlaqə saxlanılır. Rəsmilər xəbərdarlıq edir ki, bu qaydanın pozulması həbs və ya ağır cərimələrlə nəticələnə bilər.