Dünyanın nəhəng kripto birjalarından olan Kraken, daxili sistemlərə müdaxilə cəhdləri ilə bağlı hədə-qorxu mesajları aldığını bəyan edib.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, təhlükəsizlik komandası icazəsiz giriş cəhdlərini vaxtında aşkarlayaraq dərhal bloklayıb. Şirkət istifadəçi vəsaitlərinin və şəxsi məlumatların tam təhlükəsizlikdə olduğunu, heç bir sızmanın baş vermədiyini bildirib. Hazırda insidentlə bağlı hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarların tapılması istiqamətində araşdırma aparılır. Bu hadisə kripto platformalarında daxili kibertəhlükəsizlik protokollarının gücləndirilməsinin vacibliyini bir daha nümayiş etdirib. Kraken gələcəkdə bənzər halların qarşısını almaq üçün mühafizə sistemlərini yeniləməyə davam edəcəyini açıqlayıb.