LinkedInin baş icraçı direktoru (CEO) Rayan Roslanski süni intellektin (AI) sürətlə inkişaf etdiyi dövrdə insanların iş bazarında sağ qalması üçün vacib olan 5 fundamental bacarığı açıqlayıb.
LivePress Media Vietnam.vn-in məlumatına istinadən xəbər verir ki, bu siyahıya maraq (sual vermək), cəsarət (risk götürmək), yaradıcılıq, şəfqət (emosional intellekt) və ünsiyyət daxildir. Roslanski bildirir ki, AI mövcud nümunələr əsasında hesablama apara bilsə də, yalnız insanlar qeyri-müəyyənlik şəraitində qərar qəbul etmək və həqiqi emosional bağ qurmaq qabiliyyətinə malikdir. O, gənc peşəkarları texniki biliklərlə yanaşı, bu “insani” xüsusiyyətləri inkişaf etdirməyə çağırıb.
LivePress Media xəbər verir ki, LinkedInin apardığı tədqiqatlara görə, 2030-cu ilə qədər mövcud iş bacarıqlarının 65%-i süni intellekt səbəbilə dəyişəcək.