Litecoin şəbəkəsinə ağıllı müqavilə dəstəyi gətirən “LiteForge” test şəbəkəsi rəsmi olaraq fəaliyyətə başlayıb.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, bu yenilik Litecoinin mərkəzləşdirilməmiş tətbiqlər (dApps) üçün proqramlaşdırıla bilən ekosistemə çevrilməsi yolunda mühüm addımdır.
EVM uyğunluğu sayəsində tərtibatçılar Ethereum layihələrini asanlıqla bu şəbəkəyə köçürə və aşağı komissiya ilə NFT və DeFi xidmətləri təklif edə biləcəklər. Analitiklər bu texnoloji sıçrayışın LTC-yə olan tələbi artıracağını və şəbəkənin rəqabət gücünü yüksəldəcəyini proqnozlaşdırırlar. Hazırda sınaq üçün açıq olan platformanın uğurlu testlərdən sonra əsas şəbəkəyə inteqrasiyası planlaşdırılır.