LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Fənərbağçadan ayrılacağı gözlənilən belçikalı futbolçu Mişi Batşuayinin İngiltərə Premyer Liqa komandalarından Nottingem Foresti transfer etməyə çox yaxın olduğu bildirilib.
Fənərbaxçanın ötən mövsümün əvvəlində Çelsidən 3,5 milyon avro ödəyərək heyətinə qatdığı Mişi Batshuayi komandadan ayrılmağa hazırlaşır . Nottingem Forest Batshuayini transfer etməyə yaxındır. Xəbərdə İngiltərə komandasının uğurlu hücumçunu ötən yanvardan bəri transfer siyahısında saxladığı xatırladılıb .
Bəzi detalların müzakirə olunduğu Fənərbaxça ilə Nottingem Forest arasında transferin tezliklə açıqlana biləcəyi bildirilib. 29 yaşlı hücumçu bu mövsüm Fənərbağça ilə 6 matçda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.