LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Moskva “Dinamo”sunun və Gürcüstan millisinin futbolçusu Saba Sazonov Rusiya klubundan ayrılıb. 21 yaşlı müdafiəçi karyerasını İtaliya “Torino”sunda davam etdirəcək.
“Sky Sport”un məlumatına görə, Sazonov tezliklə tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq. Transferin məbləği üç milyon avro olacaq.
Saba 2022-ci ilin yanvarından “ağ-göylər” də çıxış edir . Onun moskvalılarla müqaviləsi 2024-cü ilin iyununa kimi hesablanıb. Ötən mövsüm Sazonov “Dinamo”nun heyətində 33 oyun keçirib, 1 qol vurub.