ABŞ Prezidenti Donald Trampın sosial mediadakı son kəskin xəbərdarlıqlarından sonra “Polymarket” proqnoz platformasında ABŞ-ın İrana müdaxilə ehtimalı 63%-ə çatıb.
LivePress Media Cointelegraphın məlumatına istinadən xəbər verir ki, Trampın “hərbi əməliyyatların 2-3 həftəyə bitə biləcəyi” barədə əvvəlki yumşaq mesajları ehtimalı 22%-ə düşürsə də, onun “elektrik stansiyaları və körpülər günü” barədə yeni hədələri bazarda gərginliyi yenidən artırıb. Bu qeyri-müəyyənlik neft qiymətlərinin 116 dolları keçməsinə və kriptovalyuta bazarında kəskin dalğalanmalara səbəb olub. Analitiklər proqnoz bazarlarındakı bu hərəkətliliyin insayder məlumat sızıntıları ilə bağlı ola biləcəyini ehtimal edirlər. Hazırda aprel ayının sonunadək hərbi gərginliyin pik həddə çatacağı gözlənilir.