OpenAI, Anthropic və Google, Çin şirkətlərinin ABŞ-ın süni intellekt modellərini qanunsuz kopyalamasına qarşı “Frontier Model Forum” vasitəsilə məlumat mübadiləsinə başlayıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, bu nadir əməkdaşlıq çinli rəqiblərin “adversarial distillation” üsulu ilə ucuz imitasiyalar yaradaraq milyardlarla dollar zərər vurmasının qarşısını almaq məqsədi daşıyır. Şirkətlər bu kopyalanma prosesini həm iqtisadi təhlükə, həm də milli təhlükəsizlik riski kimi qiymətləndirirlər. OpenAI artıq Çinin “DeepSeek” şirkətini bu cür fəaliyyətlərdə rəsmən ittiham edib. Hazırda Silikon Vadisinin bu üç nəhəngi tənzimləyici orqanlardan intellektual mülkiyyətin qorunması üçün daha aydın hüquqi çərçivə tələb edir.