LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Paris restoranının işçiləri müəssisə sahibinin oğlu tərəfindən girov götürülüb. Fransanın “Le Figaro” qəzeti yazır ki, o, intihara hazırlaşdığını deyib.
“Kişi intihara hazır olduğunu bəyan edib”, – nəşr yazır.
Qeyd olunur ki, girovlar təxminən saat 13:00-dan saxlanılır. Yerli televiziyanın məlumatına görə, hücum edən şəxs bıçaqla silahlanıb.
Hazırda Fransanın BRI xüsusi təyinatlı qüvvələrinin vasitəçisi fövqəladə hadisə yerindədir.
Bundan əvvəl BFMTV xəbər vermişdi ki, Parisin İssi-le-Moulineaux qəsəbəsində restoran sahibi bir neçə əməkdaşını girov götürüb . Sonradan məlum olub ki, hücum edən şəxs iş adamının oğludur. Onun hərəkətinin səbəbləri hələlik açıqlanmayıb.