ABŞ-ın ən böyük elektrik şəbəkəsi operatoru “PJM Interconnection”, süni intellekt və data mərkəzlərinin artan tələbatını qarşılamaq üçün şəbəkəyə 15 qiqavatlıq yeni enerji gücü əlavə edəcəyini açıqlayıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, bu həcm təxminən 11 milyon evin ehtiyacını ödəyə biləcək qədər böyükdür. Şirkət rəhbərliyi texnoloji bumu fonunda yaranan enerji aclığını doyurmaq üçün yeni layihələrin icrasını sürətləndirdiklərini bildirib. Yeni güclərin əsasən günəş, külək və təbii qaz mənbələri hesabına təmin edilməsi planlaşdırılır. Ekspertlər bu addımın rəqəmsal iqtisadiyyatın dayanıqlığı üçün həlledici olduğunu vurğulayırlar. Hazırda PJM rəqəmsal infrastrukturun gələcəyini təmin etmək üçün şəbəkəyə qoşulma qaydalarını yenidən nəzərdən keçirir.