“Rave” (RAVE) tokeninin bir neçə saat ərzində 68% dəyər itirməsi bazarda şok effekti yaradıb və nəhəng birjaların müdaxiləsinə səbəb olub.
LivePress Media News.Bitcoinə istinadən xəbər verir ki, “Binance” və “Bitget” qiymət hərəkətlərində süni manipulyasiya şübhələri ilə bağlı araşdırmaya start verib.
Satış dalğasının daxili şəxslər tərəfindən idarə olunduğu iddia edilsə də, layihə rəhbərliyi ittihamları rədd edir. Birjalar istifadəçi vəsaitlərini qorumaq üçün bəzi əməliyyatları məhdudlaşdırıb və şübhəli aktivliyi izləməyə alıb. Analitiklər investorlara bu cür yüksək volatillik nümayiş etdirən aktivlərdən uzaq durmağı tövsiyə edirlər. Hazırda bazarın diqqəti araşdırmanın yekun nəticələrinə yönəlib.