Ruanda Milli Bankı (BNR), qlobal kriptovalyuta birjası “Bybit”-in Ruanda frankını (FRW) P2P platformasında siyahıya salmasına rəsmi etiraz bildirib.
LivePress Media BeInCryptonun məlumatına istinadən xəbər verir ki, tənzimləyici qurum ölkədə kripto aktivlərin ödəniş vasitəsi kimi istifadəsinin qanunsuz olduğunu və maliyyə sabitliyinə risk yaratdığını bəyan edib. Bu xəbərdarlıq hökumətin öz rəqəmsal valyutasını (e-FRW) sınaqdan keçirdiyi həssas dövrə təsadüf edir. Qanunsuz xidmət göstərən platformaları ağır cərimələr və 5 ilədək həbs cəzası gözləyir. Hazırda mərkəzi bank əhalini tənzimlənməmiş birjalardan uzaq durmağa çağırır.