LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Ağ Evin keçmiş rəhbərinin komandası büdcə vəsaitlərini “sərxoş dənizçilər” kimi xərcləyib. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.
Bu səbəbdən prezident Donald Tramp administrasiyası bütün yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb. Onlara yaxın vaxtlarda baxılacaq.
“Bu pauza nə deməkdir? Biz daha federal bürokratiya və agentliklərimizdə transseksuallığı və ekstremizmi maliyyələşdirməyəcəyik”, – sözçü izah edib.
Trampın özü əvvəllər Bayden administrasiyasının son dörd ildəki xarici siyasətini tənqid edib . Onun sözlərinə görə, bu, ölkə tarixində ən aşağı nöqtə olub.
Respublikaçı əmindir ki, onun rəhbərliyi altında Ukrayna və Yaxın Şərqdə silahlı münaqişələr olmayacaq.