LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , bəzi internet saytları ABŞ prezidenti Donald Tramp tərəfindən buraxılan memekkoinləri ödəniş kimi qəbul etməyə başlayıb.Bloomberg xəbər verir .
Qeyd olunur ki, alıcılar Ağ Ev rəhbərinin brendi altında olan məhsullarla yanaşı, bəzi səyahət saytlarında otel, uçuş və ya tədbirlər üçün də ödəniş edə bilərlər.
CoinMarketCap-a görə, yeni kriptovalyutanın ümumi bazar dəyəri təxminən 5,5 milyard dollardır.
Yanvarın 17-də, andiçmə mərasiminə üç gün qalmış ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp zarafatyana kriptovalyuta – $ TRUMP memecoin-in buraxıldığını elan etdi .