Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Uğurlu Xarici Diplomatiyanın Davamı-Azərbaycan Litva Əlaqələri
  • Ölkə

Uğurlu Xarici Diplomatiyanın Davamı-Azərbaycan Litva Əlaqələri

LIVE PRESS 26/05/2023 4 minutes read

   Keçmiş Sovet Respublikalarından olan Litva Respublikası ilə Azərbaycan Respublikası arasında sıx dostluq münasibətləri mövcuddur. Demək olar ki, bəzi oxşar tarixi məqamları yaşayan bu iki ölkə müstəqilliyinin ilk illərindən bir-birinə qarşı dost münasibət bəsləmişdir.Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini tanıyan ilk dövlətlər sırasında Litva Respublikası da var. Ölkələrimiz arasında həm siyasi, iqtisadi, həm də mədəni əlaqələr mövcuddur. Bunu Azərbaycan prezidentinin Litvaya təşkil edilmiş 4 rəsmi səfəri sübut edir.

   Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün yüksəldiyi müasir dövrümüzdə respublika Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində bir çox Avropa ölkələri ilə yanaşı Litva Respublikası da ölkəmizlə sıx əməkdaşlıq etməyə çalışır. Bunu 22 may 2023-cü il tarixində Litva prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya baş tutmuş rəsmi səfəri bir daha sübut etmiş oldu. İki ölkənin prezidenti əvvəlcə Davos İqtisadi Forumunda görüşüb ölkələrimiz arasında mövcud əlaqələrin genişlənməsi məsələlərini müzakirə etdikdən sonra Litva prezidenti Gitanas Nauseda İlham Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etmişdir. Mayın 22-də baş tutmuş rəsmi səfər hər iki ölkə üçün vacib məqamlarla yadda qaldı. Ölkə başçılarının ikitərəfli görüşü ilə yanaşı səfər çərçivəsində iki ölkənin bəzi nazirlikləri- Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litvanın Ətraf Mühit Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial-Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında bəzi sazişlər imzalandı. Həmçinin, iki ölkənin Baş Prokurorluqları arasında “2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində bir sıra sənədlər imzalandı.

   Görüş çərçivəsində Azərbaycan və Litva Respublikaları arasında biznes formu da təşkil olundu. Azərbaycanın bütün dünyanın iqtisadi həyatında oynadığı mühüm rolu, Avropanın enerji təhlükəsizliyi, beynəlxalq logistika tranzit yükdaşımalarındakı mövqeyi digər Avropa dövlətləri ilə yanaşı Litvanın da Azərbaycanla vacib strateji münasibətlərdə maraqlı olduğunu bir daha nümayiş etdirmiş oldu. Biznes forumu çərçivəsində Azərbaycanın sabit iqtisadi mühiti, investisiya şəraiti, zəngin enerji resursları iki ölkə arasında əhəmiyyətli razılaşmaların əldə edilməsinə şərait yaratdı. Hər iki ölkənin biznes qurumlarının birgə əməkdaşlığı beynəlxalq ticarət dövriyyəsinə öz töhfələrini verəcəkdir.

   İlham Əliyev bütün beynəlxalq toplantılarda və rəsmi səfərlərdə olduğu kimi Litva səfərində də keçirdiyi görüşlərdə də Azərbaycan həqiqətlərini bir daha bütün dünyaya çatdırdı. 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, münaqişə zamanı işğala məruz qalmış ərazilərimizdə ermənilərin həyata keçirdikləri vandalizm aktları, münaqişənin həlli məqsədilə Azərbaycanın apardığı ədalətli Vətən müharibəsi bir daha xatırladıldı. Həmçinin Azərbaycanın sülhsevər, regionda dinc şəraitdə iqtisadi münasibətlərin qurulmasında maraqlı olan ölkə olduğunu, bu məqsədlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacib olduğunu vurğuladı. İlham Əliyevin Litvaya olan rəsmi səfərinin ölkəmiz üçün əhəmiyyətli nəticələr verəcəyinə əminik.

 

               Həsrət Hümmətov 

               Bərdə rayon Şahvəlilər kənd D.Əliyev adına tam orta məktəbin direktoru

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bərdə rayon Qaratəpə kənd ümumi orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzində
Next: Bərdədə “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib.

Related Stories

Zerife_Aliyeva
  • Ölkə

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür.

Jurnalist 15/04/2026
1
  • Ölkə

Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

LIVE PRESS 08/04/2026
dun
  • Ölkə

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik.

LIVE PRESS 07/04/2026
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Hindistan kripto bazarında böyük dəyişiklik: İnvestor profili peşəkarlaşır.
  • Solanada “FOF Coin” şousu: Faydasız token sürətlə bahalaşır.
  • Kelp DAO skandalı: Təhlükə xəbərdarlığına 15 ay məhəl qoyulmayıb.
  • Bank nəhəngindən inqilabi addım: 669 milyonluq qızıl artıq Ethereum və Solanada.
  • Kripto qanunu apreldə dayandı: Steyblkoin faizləri krizi.

REKLAM

No comments to show.

Trend XƏBƏRLƏR

Hindistan kripto bazarında böyük dəyişiklik: İnvestor profili peşəkarlaşır. hkrt 1
  • İqtisadiyyat

Hindistan kripto bazarında böyük dəyişiklik: İnvestor profili peşəkarlaşır.

21/04/2026
Solanada “FOF Coin” şousu: Faydasız token sürətlə bahalaşır. folne 2
  • İqtisadiyyat

Solanada “FOF Coin” şousu: Faydasız token sürətlə bahalaşır.

21/04/2026
Kelp DAO skandalı: Təhlükə xəbərdarlığına 15 ay məhəl qoyulmayıb. kell 3
  • İqtisadiyyat

Kelp DAO skandalı: Təhlükə xəbərdarlığına 15 ay məhəl qoyulmayıb.

21/04/2026
Bank nəhəngindən inqilabi addım: 669 milyonluq qızıl artıq Ethereum və Solanada. dijji 4
  • İqtisadiyyat

Bank nəhəngindən inqilabi addım: 669 milyonluq qızıl artıq Ethereum və Solanada.

21/04/2026
Kripto qanunu apreldə dayandı: Steyblkoin faizləri krizi. senkr 5
  • İqtisadiyyat

Kripto qanunu apreldə dayandı: Steyblkoin faizləri krizi.

21/04/2026

Bir daha bax

hkrt
  • İqtisadiyyat

Hindistan kripto bazarında böyük dəyişiklik: İnvestor profili peşəkarlaşır.

Jurnalist 21/04/2026
folne
  • İqtisadiyyat

Solanada “FOF Coin” şousu: Faydasız token sürətlə bahalaşır.

Jurnalist 21/04/2026
kell
  • İqtisadiyyat

Kelp DAO skandalı: Təhlükə xəbərdarlığına 15 ay məhəl qoyulmayıb.

Jurnalist 21/04/2026
dijji
  • İqtisadiyyat

Bank nəhəngindən inqilabi addım: 669 milyonluq qızıl artıq Ethereum və Solanada.

Jurnalist 21/04/2026

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kateqoriyalar

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Hindistan kripto bazarında böyük dəyişiklik: İnvestor profili peşəkarlaşır.
  • Solanada “FOF Coin” şousu: Faydasız token sürətlə bahalaşır.
  • Kelp DAO skandalı: Təhlükə xəbərdarlığına 15 ay məhəl qoyulmayıb.
  • Bank nəhəngindən inqilabi addım: 669 milyonluq qızıl artıq Ethereum və Solanada.
  • Kripto qanunu apreldə dayandı: Steyblkoin faizləri krizi.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.