Çinin süni intellekt serverləri üçün komponentlər hazırlayan nəhəng şirkəti “Victory Giant Technology”, Honkonq birjasında təkrar listinq vasitəsilə 2,2 milyard dollara qədər vəsait toplamağı planlaşdırır.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, şirkət bu addımla qlobal istehsal imkanlarını genişləndirməyi və Sİ sektorundakı mövqeyini gücləndirməyi hədəfləyir. Artıq Şenjen birjasında təmsil olunan şirkətin bu yeni addımı Honkonq bazarında son illərin ən böyük texnoloji sövdələşmələrindən biri hesab olunur. Sövdələşməyə “JPMorgan” və “GF Securities” kimi beynəlxalq maliyyə qurumları sponsorluq edir. Analitiklər bu IPO-nun Honkonq birjasına yeni nəfəs gətirəcəyini proqnozlaşdırırlar. Qeydiyyat prosesinə artıq bu gündən start verilib.