XRP qiyməti 1,50 dollar səddini aşaraq investorlara böyük qazanc gətirib.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, aktivin bazar kapitallaşması cəmi bir saat içində 1,48 milyard dollar artım nümayiş etdirib.
Bu sıçrayış iri investorların aktiv alışı və müsbət bazar xəbərləri fonunda baş verib. Hazırda XRP ən çox ticarət edilən kriptovalyutalar arasında liderliyini qoruyur. Mütəxəssislər artım tempinin bazarın ümumi dinamikasına müsbət təsir edəcəyini bildirirlər.