Yaponiya hökuməti ABŞ-İsrail cəbhəsi ilə İran arasındakı hərbi münaqişənin uzanması fonunda əhaliyə və şirkətlərə rəsmi “enerji qənaəti” müraciəti etməyi nəzərdən keçirir.
LivePress Media The Japan Timesin məlumatına istinadən xəbər verir ki, sənaye naziri Ryosei Akazawa bildirib ki, elektrik və neft istehlakını azaltmaq barədə qərar Yaxın Şərqdəki vəziyyətin iqtisadiyyata təsiri qiymətləndirildikdən sonra veriləcək. Hazırda kifayət qədər ehtiyatın olduğunu deyən rəsmilər, belə bir müraciətin ən azı mayın əvvəlinə qədər gözlənilmədiyini vurğulayıblar. Baş nazir Sanae Takaichi isə enerji məhdudiyyətləri ehtimalını istisna etməyərək bütün ssenarilərə qarşı çevik reaksiya veriləcəyini qeyd edib.