LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalındakı sığınacaqlarından qaçan 2 PKK terrorçusunun Haburdakı sərhəd məntəqəsinə təslim olduğunu açıqlayıb. Nazirlikdən aşağıdakı açıqlama verilib: “Mehmetçikin qətiyyətli əməliyyatları nəticəsində Şimali İraqdakı sığınacaqlarından qaçan 2 PKK terrorçusu Haburdakı sərhəd məntəqəmizə təslim olub”.