LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Primorsk diyarında ovçular və heyvan hüquqları müdafiəçiləri başı naməlum səbəblərdən bidona ilişib qalan ayını axtarırlar.
Başında qeyri-adi “dəbilqə” olan ayını Xasan rayonunun Barabaş kəndinin sakinləri görüblər. Heyvanı görən istifadəçilər sosial şəbəkədə ayının görüntülərini paylaşıblar.
Dənizkənarı “Bəbirlər Yurdu” milli parkında jurnalistlərə bildirilib ki, heyvan yaşayış binalarının bilavasitə yaxınlığında göründüyü üçün ayının axtarışına hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.