Almaniya Bundesliqa komandalarından olan Hoffenhaym Auqsburqda çıxış edən alman hücumçu Mergim Berişanı heyətinə qatıb.
Auqsburq forması ilə çıxışı ilə adından söz etdirən Fənərbaxçanın keçmiş hücumçusu Mergim Berişa Almaniya Bundesliqa komandalarından Hoffenhayma transfer olunub . Hoffenhaymdan verilən açıqlamada Kosovalı 25 yaşlı alman hücumçunun 4 illik müqavilə imzaladığı açıqlanıb.
Alman mətbuatında çıxan xəbərdə Hoffenhaym-ın bu transfer üçün Auqsburqa 15 milyon avroluq transfer haqqı ödədiyi bildirilib. Belə ki, Auqsburq 6 ay kimi qısa müddətdə Berişadan 10 milyon avrodan çox qazanc əldə edib.