Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “Investin Azerbaijan” informasiya sisteminin yaradılması haqqında.
  • Ölkə

“Investin Azerbaijan” informasiya sisteminin yaradılması haqqında.

LIVE PRESS 07/11/2025 3 minutes read
“investin-azerbaijan”-informasiya-sisteminin-yaradilmasi-və-bununla-əlaqədar-bir-sira-məsələlərin-tənzimlənməsi-haqqinda

“Investin Azerbaijan” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını və “bir pəncərə” prinsipi əsasında təqdim olunmasınıtəmin etmək məqsədilə qərara alıram:

1. “Investin Azerbaijan” informasiya sistemi yaradılsın.

2. “Investin Azerbaijan” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Müəyyən edilsin ki:

4.1. “Investin Azerbaijan” informasiya sistemi (bundan sonra – Sistem) investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir;

4.2. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO həyata keçirir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

5.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla,”Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 noyabr 2025-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Canlı yayımları 2030-cu ilə qədər 5 milyard dollar həddini aşacaq.
Next: Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Related Stories

Zerife_Aliyeva
  • Ölkə

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür.

Jurnalist 15/04/2026
1
  • Ölkə

Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

LIVE PRESS 08/04/2026
dun
  • Ölkə

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik.

LIVE PRESS 07/04/2026
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı.
  • World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı.
  • Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir.
  • Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi.
  • Ethereum layihəsində Şimali Koreyalı infiltratorlar müəyyən edildi.

REKLAM

No comments to show.

Trend XƏBƏRLƏR

Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı. payyy 1
  • İqtisadiyyat

Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı.

18/04/2026
World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı. tinn 2
  • İqtisadiyyat

World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı.

18/04/2026
Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir. pojk 3
  • İqtisadiyyat

Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir.

18/04/2026
Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi. piccc 4
  • İqtisadiyyat

Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi.

18/04/2026
Ethereum layihəsində Şimali Koreyalı infiltratorlar müəyyən edildi. kory 5
  • Texnologiya

Ethereum layihəsində Şimali Koreyalı infiltratorlar müəyyən edildi.

18/04/2026

Bir daha bax

payyy
  • İqtisadiyyat

Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı.

Jurnalist 18/04/2026
tinn
  • İqtisadiyyat

World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı.

Jurnalist 18/04/2026
pojk
  • İqtisadiyyat

Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir.

Jurnalist 18/04/2026
piccc
  • İqtisadiyyat

Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi.

Jurnalist 18/04/2026

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kateqoriyalar

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı.
  • World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı.
  • Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir.
  • Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi.
  • Ethereum layihəsində Şimali Koreyalı infiltratorlar müəyyən edildi.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.