Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.
  • Ölkə

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.

LIVE PRESS 07/11/2025 5 minutes read
9noy

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Tarixə nəzər salsaq Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Bayraq bizim kimliyimiz, bayraq bizim varlığımızdır. Azərbaycanın Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur.

Azadlıq yağışından doğan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.

Daha sonra  Naxçıvan  Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azər­bay­can Res­pub­li­ka­sı­nın  Döv­lət bay­ra­ğı­  Azər­bay­can və­tən­daş­la­rı­nın mil­li həm­rəy­li­yi­nin, va­hid məf­ku­rə ət­ra­fın­da sıx bir­ləş­mə­si­nin baş­lı­ca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının ən əsas göstəricilərindəndir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində erməni separatçılarının qalıqları tamamilə məğlub edilərək ölkəmizin suverenliyi tam  təmin olundu. Bununla da üçrəngli şanlı bayrağımızın Xocalıda, Əsgəranda, Ağdərədə, Xankəndində və digər torpaqlarımızda  qürurla dalğalanır. 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü tarixi torpaqlarımızda böyük qürur və fərəh hissi ilə qeyd olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
Next: 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Related Stories

Zerife_Aliyeva
  • Ölkə

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür.

Jurnalist 15/04/2026
1
  • Ölkə

Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

LIVE PRESS 08/04/2026
dun
  • Ölkə

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik.

LIVE PRESS 07/04/2026
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı.
  • World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı.
  • Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir.
  • Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi.
  • Ethereum layihəsində Şimali Koreyalı infiltratorlar müəyyən edildi.

REKLAM

No comments to show.

Trend XƏBƏRLƏR

Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı. payyy 1
  • İqtisadiyyat

Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı.

18/04/2026
World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı. tinn 2
  • İqtisadiyyat

World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı.

18/04/2026
Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir. pojk 3
  • İqtisadiyyat

Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir.

18/04/2026
Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi. piccc 4
  • İqtisadiyyat

Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi.

18/04/2026
Ethereum layihəsində Şimali Koreyalı infiltratorlar müəyyən edildi. kory 5
  • Texnologiya

Ethereum layihəsində Şimali Koreyalı infiltratorlar müəyyən edildi.

18/04/2026

Bir daha bax

payyy
  • İqtisadiyyat

Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı.

Jurnalist 18/04/2026
tinn
  • İqtisadiyyat

World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı.

Jurnalist 18/04/2026
pojk
  • İqtisadiyyat

Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir.

Jurnalist 18/04/2026
piccc
  • İqtisadiyyat

Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi.

Jurnalist 18/04/2026

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kateqoriyalar

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Krakendən 550 milyon dollarlıq satınalma: Bitnomial birjasını aldı.
  • World ID yeniləndi: Tinder və Zoom inteqrasiyası başladı.
  • Polymarket aprelin 22-də böyük V2 yenilənməsinə keçir.
  • Pi Network düyün yenilənməsi üçün aprelin 27-ni son tarix seçdi.
  • Ethereum layihəsində Şimali Koreyalı infiltratorlar müəyyən edildi.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.