ABŞ Ədliyyə Nazirliyinin antiinhisar bölməsinin rəhbər vəkilləri, “Live Nation” (Ticketmaster) ilə əldə olunan və şirkətin parçalanmasını nəzərdə tutmayan razılaşmaya etiraz olaraq vəzifələrindən istefa veriblər.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, direktor Devid Dalkvist və komandası bu sövdələşməni inhisarçılıqla mübarizədə “faktiki məğlubiyyət” kimi qiymətləndiriblər. İstefalara əsas səbəb qərarın məhkəmə qrupu ilə məsləhətləşmədən, qəfil qəbul edilməsidir. 30-dan çox ştat bu federal razılaşmaya qoşulmayaraq Live Nation-a qarşı müstəqil mübarizəni davam etdirəcəyini bəyan edib. Ekspertlər bu kadr itkisinin nazirliyin Apple və Google kimi nəhənglərə qarşı apardığı digər böyük məhkəmə işlərinə mənfi təsir edə biləcəyini vurğulayırlar. Hazırda nazirlik daxilində strateji kursla bağlı ciddi fikir ayrılığı yaranıb.