ABŞ-da siyasi hadisələr üzərində mərc etməyə imkan verən proqnoz bazarlarının taleyi Ali Məhkəmədə həll oluna bilər.
LivePress Media CoinTelegraphın məlumatına istinadən xəbər verir ki, “Kalshi” platforması tənzimləyicilərin qadağalarına qarşı hüquqi mübarizəsini ən yüksək instansiyaya daşımağa hazırlaşır.
Tənzimləyici orqanlar bu cür bazarların seçki prosesinə mənfi təsir etdiyini iddia etsə də, platforma rəhbərliyi proqnoz bazarlarının dəqiq iqtisadi göstərici olduğunu müdafiə edir. Ekspertlər Ali Məhkəmənin verəcəyi qərarın həm maliyyə bazarları, həm də blokçeyn əsaslı platformalar üçün inqilabi nəticələr doğuracağını gözləyirlər.