“Anchored” şirkəti Nasdaqın 10 ən iri şirkətinin səhmlərini tokenləşdirərək yüksək sürətli “Monad” blokçeyn şəbəkəsinə gətirdiyini elan edib.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, bu yenilik investorlara ənənəvi səhmlərlə 24/7 rejimində və dərhal hesablaşma ilə ticarət etmək imkanı yaradır.
“Monad”ın infrastrukturu sayəsində birja aktivləri proqramlaşdırıla bilən rəqəmsal aktivlərə çevrilir və vasitəçiləri aradan qaldırır. Sistem institusional investorlar üçün tam tənzimlənən və şəffaf bir mühit təqdim edir. Ekspertlər bu addımı rəqəmsal və ənənəvi maliyyə sistemlərinin qovuşmasında tarixi bir mərhələ kimi qiymətləndirirlər.