Rusiyanın “Grinex” kriptovalyuta platforması, haker hücumu nəticəsində 13 milyon dollar vəsait itirdikdən sonra bütün əməliyyatlarını dayandırıb.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, kiber-cinayətkarlar birjanın daxili sistemlərinə sızaraq müştərilərin rəqəmsal aktivlərini naməlum ünvanlara köçürüblər.
Platforma rəhbərliyi hazırda insidentin araşdırıldığını və vəsaitlərin bərpası üçün hüquq-mühafizə orqanları ilə iş aparıldığını bildirib. İstifadəçilərə hesablara yeni depozit yatırmamaq barədə ciddi xəbərdarlıq edilib. Ekspertlər bu hadisənin regional birjalarda təhlükəsizlik boşluqlarının hələ də kritik səviyyədə olduğunu göstərdiyini vurğulayırlar.