“Circle” şirkəti 280 milyon dollarlıq kiberhücum zamanı oğurlanmış vəsaitləri dondurmaqda ləngidiyi üçün məhkəməyə verilib.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, iddiaçılar şirkətin mərkəzləşdirilmiş imkanlarından vaxtında istifadə etmədiyini və bu səbəbdən itkilərin böyüdüyünü iddia edirlər.
Zərərçəkmiş investorlar Circle-ın səhlənkarlığının böyük maliyyə zərərinə yol açdığını bildirərək təzminat tələb edirlər. Ekspertlər bu davanın stabilkoin emitentlərinin təhlükəsizlik insidentlərinə görə məsuliyyət həddini müəyyənləşdirəcəyini qeyd edirlər. Hazırda tərəflər arasında hüquqi mübarizə davam edir.