Bitcoin ETF-ləri son sutkada 125 milyon dollarlıq xalis vəsait çıxışı ilə investorların ehtiyatlı mövqeyini büruzə verib.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, əksər fondlar itki yaşadığı halda, BlackRockun Ethereum ETF-i (ETHB) 44 milyon dollarlıq yeni girişlə liderliyini qoruyub. Analitiklər Bitcoindən vəsait çıxışını inflyasiya proqnozları və mənfəət götürmə meylləri ilə əlaqələndirirlər. BlackRock-un staking xüsusiyyətli ETHB fondu isə institusional investorlar üçün cəlbediciliyini saxlayır. Bu tendensiya bazarın diqqətinin qismən Bitcoin-dən Ethereum ekosisteminə yönəldiyini göstərir. Hazırda kripto bazarlarında ümumi likvidlik daralsa da, BlackRock-un uğuru institusional marağın sabit qaldığını təsdiqləyir.