Yeni araşdırmaya görə, süni intellekt çatbotları istifadəçilərə təxminən yarıbayarı hallarda yanlış və ya qeyri-dəqiq tibbi məsləhətlər təqdim edir.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, populyar platformalar üzərində aparılan tədqiqat zamanı cavabların 50%-i problemli, 20%-i isə sağlamlıq üçün yüksək riskli hesab olunub.
Tədqiqatçılar çatbotların mürəkkəb mövzularda çətinlik çəkməsinə baxmayaraq, cavabları çox inamlı tonda verdiyini və bunun yanlış təsəvvür yaratdığını bildirirlər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu texnologiyalar klinik mühakimə qabiliyyətinə malik deyil və həkim məsləhətini əvəz edə bilməz. Araşdırma nəticələri tibbi məqsədlərlə süni intellektdən istifadə zamanı ciddi nəzarətin vacibliyini bir daha gündəmə gətirib.