Texas sakini Robert Danlap, 1000-ə yaxın investoru 20 milyon dollar dolandırdığına görə 23 il müddətinə azadlıqdan məhrum edilib.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, o, “Meta-1 Coin” adlı aktivin qızıl və bahalı sənət əsərləri ilə təmin olunduğu barədə saxta vədlər verib.
İstintaq Danlapın investorları inandırmaq üçün sənədləri saxtalaşdırdığını və uydurma aktivlərini məşhur rəssamların əsərləri ilə əlaqələndirdiyini üzə çıxarıb. Məhkəmə cinayətkarın zərərçəkmişlərə təzminat ödəməsi barədə də qərar çıxarıb. Ekspertlər bu ağır cəzanın kripto fırıldaqçıları üçün ciddi bir xəbərdarlıq olduğunu vurğulayırlar.