“Gerber Kawasaki” şirkətinin rəhbəri Ross Gerber, “Netflix”in yayım bazarındakı mütləq üstünlüyünü və şirkətin hazırda maliyyə baxımından fenomenal mövqedə olduğunu bildirib.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, Gerber platformanın rəqiblərini geridə qoyaraq yüksək gəlirlilik əldə etdiyini vurğulayıb.
Analitik qeyd edib ki, reklam modeli və şifrə paylaşımı ilə mübarizə strategiyası Netflixin “pul çap etməsinə” şərait yaradır. Digər platformalar maliyyə çətinlikləri çəkdiyi halda, Netflix həm abunəçi sayını, həm də gəlir marjasını stabil şəkildə artırır. Gerber bu uğuru şirkətin dominant media nəhənginə çevrilməsinin sübutu kimi qiymətləndirir.