XRP artıq Solana blokçeynində “Wrapped XRP” (wXRP) formasına keçid edərək DeFi ekosisteminə daxil olub.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, bu yenilik istifadəçilərə XRP aktivlərini Solananın sürətli və ucuz infrastrukturunda istifadə etmək şansı verir.
Bu inteqrasiya XRP sahiblərinə staking və müxtəlif gəlir alətlərindən yararlanmaq imkanı yaradaraq aktivin istifadə sahəsini genişləndirir. Analitiklər bu addımı iki böyük blokçeyn arasında likvidlik körpüsünün qurulması kimi qiymətləndirirlər. Hazırda wXRP Solana əsaslı mərkəzsiz platformalarda aktiv ticarət olunur.