Yaxın Şərqdəki gərginlik səbəbindən Yaponiyada yanacaq qiymətlərinin kəskin artması balıqçılıq sektorunu iflic vəziyyətinə salıb.
LivePress Media “The Japan Times”a istinadən xəbər verir ki, tuna və bonito ovlayan gəmilərin əməliyyat xərcləri gəlirlərini üstələyib.
Bir çox balıqçı gəmisi yanacaq çatışmazlığı və yüksək qiymətlər ucbatından sahilə bağlanıb və dənizə çıxa bilmir. Sənaye nümayəndələri yaranmış vəziyyətlə bağlı hökumətdən təcili subsidiya və dəstək paketi tələb ediblər. Qiymət artımını istehlakçılara yansıda bilməyən şirkətlər ağır maliyyə itkiləri ilə qarşılaşıblar. Hazırda dəniz məhsulları bazarında tədarük zənciri ciddi şəkildə pozulub. Analitiklər müharibənin təsiri ilə ölkə daxilində balıq qiymətlərinin kəskin bahalaşacağını proqnozlaşdırırlar.